Bakıda ahıl kişi avtobusda öldü

Bakıda ahıl kişi avtobusda öldü
SOSİAL
15:12 04.09.2020
605
Bakıda ahıl kişi avtobusda vəfat edib.

APA-nın xəbərinə görə, hadisə Nərimanov rayonu ərazisində qeydə alınıb.

Bildirilib ki, 1950-ci il təvəllüdlü Bəxtiyar Mustafayevin marşrut avtobuslarından birində qəfildən halı pisləşib. Hadisə yerinə təcili yardım briqadası cəlb olunsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

İlkin ehtimala görə, B. Mustafayev ürəktutmasından ölüb.
OXŞAR XƏBƏRLƏR