Bakıda ailə faciəsi: Qadın öldü, oğlu və gəlini isə...

Bakıda ailə faciəsi: Qadın öldü, oğlu və gəlini isə...
SOSİAL
12:51 20.12.2021
401
Daxili İşlər Nazirliyi ötən gecə Bakıda baş vermiş ağır yol qəzası ilə bağlı məlumat yayıb.

AZXEBER.COM nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, dekabrın 19-da saat 22 radələrində Sabunçu rayonu Bakıxanov qəsəbəsi ərazisində Bakı şəhər sakini O.Yusubov idarə etdiyi "KİA” markalı avtomobillə yolu keçən Sabirabad rayon sakinləri Xəzəngül Feyziyevanı, oğlu Qəribağanı və gəlini Fəridəni vurub. Nəticədə onlar xəstəxanaya yerləşdirilib, X.Feyziyeva ölüb.

Faktla bağlı Sabunçu RPİ-də araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR