Bakıda ailədaxili münaqişə QANLA BİTDİ - Saxlanılan var

Bakıda ailədaxili münaqişə QANLA BİTDİ - Saxlanılan var
HADİSƏ
11:52 14.03.2026
142
Bakıda 33 yaşlı kişi bıçaqlanıb.

AZXEBER.COM xəbər verir ki, hadisə martın 14-də saat 03 radələrində paytaxtın Nərimanov rayonu, M.Məmmədov küçəsində qeydə alınıb.

İlkin məlumata görə, 2008-ci il təvəllüdlü Rahim Zamanov münaqişə zəminində qaynı, 1993-cü il təvəllüdlü İlkin Məmmədovun qarın nahiyəsinə bıçaqla xəsarət yetirib.

Hadisənin ailədaxili narazılıq zəminində baş verdiyi, münaqişənin zərərçəkənin bacısı ilə bağlı olduğu bildirilir.

R.Zamanov polis əməkdaşları tərəfindən tutulub.

Faktla bağlı araşdırma aparılır.
 
Oxu.Az
OXŞAR XƏBƏRLƏR