Bakıda ağır yol qəzası baş verib.
AZXEBER.COM xəbər verir ki, hadisə oktyabrın 7-də səhər saatlarında Qala-Pirallahı yolunda (Zirə Bolmarketin yanı) qeydə alınıb.
Hadisə yerinə gələn Təcili Tibbi yardım briqadası 11 nəfəri müxtəlif dərəcəli bədən xəsarətləri ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırıb.
Xəstəxanadan verilən məlumata görə, müraciət edən 11 nəfərdən 9-na ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə göndərilib:
"İki nəfərin müalicəsi davam edir.
Həkimlər xəstəxanada qalan iki nəfərin vəziyyətini orta-ağır kimi qiymətləndirir. Həyatları üçün təhlükə yoxdur".