Bakı şəhərinin Nəsimi rayonunda "Toyota” və "Mercedes” markalı iki minik avtomobili toqquşub.
AZXEBER.COM FHN-ə istinadla xəbər verir ki, qəza zamanı "Mercedes” markalı avtomobilin salon hissəsi yanıb.
Avtomobilin qalan hissəsi və digər avtomobil yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisə yerində olanlar yanan maşının sürücüsünə kömək ediblər.
Qəza yerindən çəkilən görüntüləri təqdim edirik:
Video: BAKU.WS