Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.
AZXEBER.COM-un Oxu.Az-a istinadən verdiyi məlumatına görə, hadisə Qaradağ rayonunda qeydə alınıb.
Səyyad Həzrətquliyevin idarə etdiyi "Mercedes” markalı yük maşını ilə Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Ramin Cəfərovun idarə etdiyi "Changan” markalı avtomobil toqquşub.
Nəticədə, R.Cəfərov hadisə yerində vəfat edib.
Qeyd edək ki, o, Daxili İşlər Nazirliyinin Nərimanov Rayon Mühafizə İdarəsinin əməkdaşıdır.