Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verdi: Xəsarət alanlar var - FOTO

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verdi: Xəsarət alanlar var - FOTO
SOSİAL
23:57 18.09.2023
322
Bakının Nərimanov rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, qəza Fətəli Xan Xoyski prospektində qeydə alınıb.

Belə ki, hadisədə BMW və KIA markalı minik avtomobilləri toqquşub.

Əraziyə polis əməkdaşları cəlb edilib.

Qəzada iki nəfər xəsarət alıb. Yaralılar təcili tibbi yardım avtomobilləri ilə xəstəxanaya çatdırılıb. Hazırda yaralıların müayinəsi aparılır.

Hər iki minik maşına ciddi ziyan dəyib. Avtomobillər cərimə meydançasına yerləşdirilib.

Hadisənin təfərrüatı araşdırılır.
 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR