Bakıda ağır yol-nəqliyyat hadisəsi - Ölən və yaralananlar var

Bakıda ağır yol-nəqliyyat hadisəsi - Ölən və yaralananlar var
SOSİAL
20:26 04.05.2018
4557

Lökbatan qəsəbəsindən paytaxta gələn yolda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
 
AZXEBER.COM-un məlumatına görə, Səhiyyə Nazirliyinin əməkdaşı Səfayə Əhmədova APA-ya bildirib ki, yük avtomobili ilə minik avtomobilinin toqquşması nəticəsində 4 nəfər xəsarət alıb.
 
Hadisə yerinə təcili tibbi yardım çağırılıb. Xəsarət alanlardan ikisi tibbi yardım maşını gəlməmiş yerindəcə keçinib.

Xəsarət alan bir qadın və bir kişiyə isə ilkin tibbi yardım göstərildikdən sonra onlar Kliniki Tibbi Mərkəzə çatdırılıb.

OXŞAR XƏBƏRLƏR