Bakıda ağır yol qəzası: 6 yaralıdan 3-ü uşaqdır

SOSİAL
21:59 05.08.2019
6158

Bakıda ağır yol qəzası olub.

AZXEBER.COM xəbər verir ki, hadisə Suraxanı rayonu, Hövsan-Türkan yolunda qeydə alınıb. Qəza nəticəsində 6 nəfər xəsarət alıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hadisə yerinə 4 təcili yardım briqadası cəlb olunub. Qəza nəticəsində xəsarət alan 36 yaşlı kişiyə hadisə yerində yardım göstərilib. 30 yaşlı qadın, 4, 7, 14 və 5 yaşlı uşaqlar isə müxtəlif xəsarətlərlə 3 saylı xəstəxanaya yerləşdiriliblər.

OXŞAR XƏBƏRLƏR