Bakının Xətai rayonunda qəza qeydə alınıb. Bir nəfər xəsarət alıb. Belə ki, Günəşli qəsəbəsi Səmədbəy Mehmandarov küçəsində baş verən qəza zamanı 3 minik avtomobili toqquşub.Şıxlinski küçəsi ilə üzü Mehmandarov küçəsi istiqamətində hərəkətdə olan VAZ 2106 markalı minik avtomobili ilk öncə BMV, daha sonra KİA markalı digər nəqliyyat vasitəsi ilə toqquşub.Hadisə nəticəsində "Jiquli"nin sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri ilə 3 saylı şəhər xəstəxanasına çatdırılıb. Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.