Bakıda bu gün səhər saatlarında ağır yol qəzası baş verib.Hadisə Bakı Dairəvi Yolunda, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin yanında baş verib. Hadisə nəticəsində 10-dan çox insanın xəsarət aldığı bildirilir. Qəza nəticəsində Polis İdarəsinin divarı uçub, maşınların hissələri parçalanaraq ətrafa səpələnib.Hadisə nəticəsində 4-5 maşının toqquşduğu bildirilir. Hadisə şahidlərinin verdiyi məlumata görə, qəzada azı 2 nəfər ölüb. Xəsarət alanlar təcili tibbi yardım vasitəsilə xəstəxanalara yerləşdirilib.//anspress
