Bakının Xəzər rayonu ərazisində, Buzovna-Maştağa yolunda bir nəfərin ölümü ilə nəticələnən ağır avtomobil qəzası baş verib. Hadisə zamanı sürücü 51 yaşlı Əliyev Hacıməmməd Ələkbər oğlunun idarə etdiyi “Mercedes” markalı avtomaşın idarəetmədən çıxaraq yol kənarındakı maneələrə çırpılıb. Nəticədə sürücü Hacıməmməd Əliyev aldığı xəsarətlər nəticəsində elə hadisə yerində dünyasını dəyişib. Qəzadan sonra Xəzər rayon polis idarəsinin əməkdaşları tərəfindən hadisə yerində araşdırma aparılıb. Faktla bağlı idarənin istintaq şöbəsində cinayət işi başlanılıb. Avtoqəzanın dəqiq baş vermə səbəbləri isə təyin edilən ekspertizaların rəyindən sonra məlum olacaq.