Bakıda ana həbsdə olan oğluna heroin keçirmək istəyərkən saxlanılıb

KRİMİNAL
21:38 28.07.2020
1652
Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Müalicə müəssisəsinə narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

Penitensiar Xidmətdən AZXEBER.COM-a verilən məlumata görə, Cinayət Məcəlləsinin 228.4, 317-2.1, 66.2, 93.1.4, 67.1, 120.1-ci maddələrinə əsasən təqsirli bilinərək 10 (on) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Abdullayev Sirxan Abdulcabbar oğluna anası, Bakı şəhər sakini İbrahimova Əfruz İsa qızı tərəfindən gətirilən sovqata baxış keçirilən zaman sovqatda olan paltara hopdurulmuş 1,812 qram narkotik vasitə "heroin” aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR