Bakıda ana oğlunun doğum günündə faciəvi şəkildə öldü - TƏFƏRRÜAT

SOSİAL
11:00 29.11.2024
301
Bu ilin 22 iyun tarixində saat 16:00 radələrində Binəqədi rayonu Binəqədi qəsəbəsində Elvinə Həsənovanın ölümü ilə nəticələnən dəhşətli yol qəzasının təfərrüatları məlum olub.

Hadisə baş verən gün E. Həsənovanın oğlunun ad günü imiş. O, oğlunun ad günü məclisinə hazırlaşmaq üçün gözəllik salonuna gedərkən faciəli hadisə ilə üzləşib.

Hadisədən əvvəl qadının həyat yoldaşı onunla əlaqə saxlayıb. E. Həsənova gözəllik salonuna gedəcəyini və oradan evə qayıdacağını bildirib. Bir qədər sonra o, Binəqədi "Mərkəz” adlanan yerdə yük maşınının yanından keçərkən avtomobil onu vurub. Maşının alt hissəsinə yıxılan qadının başı təkərin altında qaldığından o, hadisə yerində ölüb.

Binəqədi Rayon Məhkəməsinin ötən həftə çıxardığı hökmlə sürücü 1989-cu il təvəllüdlü Yunis Məmmədov 3 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Onun sürücülük hüququ da məhdudlaşdırılıb.
 
///Publika.az

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

19:54 12.02.2025

NATO Baş katibi: Ukraynanın Alyansa üzvlüyünün müzakirəsi hələ tezdir

19:41 12.02.2025

Görənləri bihuş edən, 30 il gözü kölgəli qalan Zəngilan - Mikayıl Mirzəzadə yazır

19:40 12.02.2025

Suriyada yeni hökumət martın 1-də qurulacaq

19:36 12.02.2025

Prezident Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə sədr təyin etdi

19:29 12.02.2025

Almaniya ölkənin bütün quru sərhədlərində nəzarəti daha altı ay uzadıb

19:18 12.02.2025

Azərbaycan klubunun həkimi 5 oyunluq cəzalandırılıb

19:06 12.02.2025

“Barselona” Levandovski ilə müqavilə müddətini uzadacaq

18:52 12.02.2025

Rusiya PUA istehsal edən Ukrayna müəssisələrinə raket zərbəsi endirib

18:39 12.02.2025

İran Trampın təzyiqinə görə ABŞ ilə danışıqlardan imtina edib

18:26 12.02.2025

Ermənistan hərbçiləri ABŞ-də hərbi təlimlərdə iştirak edir

17:54 12.02.2025

Əfv Məsələləri Komissiyasının ilk iclası keçirilib, 100-dən çox müraciətə baxılıb

17:38 12.02.2025

Sumqayıt Dövlət Universitetinə yeni rektor əvəzi təyin olundu - RƏSMİ

17:37 12.02.2025

Polşada ən çox bu ölkələrin vətəndaşları cinayət törədib: Gürcüstan, Ukrayna, Belarus

17:32 12.02.2025

"Azərbaycan bizim ölkəyə Afrika bazarlarının qapısı kimi baxa bilər"

17:23 12.02.2025

“Yapı Kredi Bank” Azərbaycanda müştərilərin ən çox şikayət etdiyi bank oldu - SİYAHI

17:21 12.02.2025

Somali Prezidenti: Azərbaycan bizim ölkəyə Afrikanın bazarlarına qapı kimi baxa bilər