xari

Bakıda ana və 1 yaşlı körpəsini maşın vurdu, körpə öldü

SOSİAL
09:59 16.04.2021
359
Bakının Sabunçu rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, hadisə Ramana qəsəbəsində baş verib.

Südçülük sovxozu ərazisində 1987-ci il təvəllüdlü Qasımova Sevda Rasim qızı və qucağında olan 1 yaşlı Yusifov Fərid Vəhab oğlunu "BMW" markalı nəqliyyat vasitəsi vurub. Hadisə nəticəsində 1 yaşlı F.Yusifov ölüb. Ağır xəsarət alan S.Qasımova isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində cinayət işi başlanılıb.

OXŞAR XƏBƏRLƏR