Bakıda ana və 10 yaşlı oğlu maşının altında qaldı

Bakıda ana və 10 yaşlı oğlu maşının altında qaldı
SOSİAL
10:44 10.11.2017
1076

Bakıda avtomobil 2 nəfəri vurub. 

Yasamal rayonu Abdulvahab Salamzadə küçəsində "Hyundai" markalı, 90 US 529 dövlət nömrə nişanlı minik avtomobili 38 yaşlı qadını və 10 yaşlı oğlunu vurub. Hər iki piyada xəstəxanaya yerləşdirilib. 

Faktla bağlı Yasamal rayon Polis İdarəsində araşdırma aparılır.