Bakıda ana və beş yaşlı qızı dəm qazından zəhərləndi

Bakıda ana və beş yaşlı qızı dəm qazından zəhərləndi
DÜNYA
08:47 02.02.2022
417
Bakıda bir ailənin 2 üzvü dəm qazından zəhərlənib.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, hadisə Suraxanı rayonunda qeydə alınıb. Bülbülə qəsəbəsində 1988-ci il təvəllüdlü Aslanova Ramilə Rafiq qızı və onun 5 yaşlı övladı Aslanova Məryəm Ceyhun qızı yaşadıqları evdə dəm qazından zəhərləniblər.

Zərərçəkənlər təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

Hadisənin təfərrüatı araşdırılır.
OXŞAR XƏBƏRLƏR