Bakıda ana və oğlunun öldüyü dəhşətli hadisə ilə bağlı - Yeni xəbər

Bakıda ana və oğlunun öldüyü dəhşətli hadisə ilə bağlı - Yeni xəbər
SOSİAL
11:04 25.10.2016
3022

 

 
Bakıda ana və oğlunun öldüyü yol qəzası ilə bağlı cinayət işi açılıb. 

Lent.az-ın məlumatına görə, Balaxanı qəsəbəsində "Hyundai Accent” markalı minik avtomobilinin "MAN” markalı yük maşınına çırpılması nəticəsində 2 nəfərin ölməsi ilə bağlı Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb.

 İlkin məlumata görə, hadisə 1978-ci il təvəllüdlü Mərdanova Leyla Soltan qızı idarə etdiyi "Hyundai Accent” ilə ara yoldan Balaxanı-Binəqədi yoluna çıxarkən baş verib. Manevr qaydalarının pozulması və sürət həddinin düzgün seçilməməsi nəticəsində kiçik həcmli minik avtomobili "MAN”a çırpılıb. Nəticədə L.Mərdanova ilə birgə 9 yaşlı oğlu Asəf də vəfat edib.
 

Araşdırmalar davam etdirilir.


OXŞAR XƏBƏRLƏR