Bakıda anası tərəfindən zibil qutusuna atılan körpə ilə bağlı YENİ XƏBƏR

Bakıda anası tərəfindən zibil qutusuna atılan körpə ilə bağlı YENİ XƏBƏR
SOSİAL
11:33 21.07.2023
355
İyul ayının 17-də Sabunçu rayonunda anası tərəfindən məişət tullantıları qutusuna atan 10-15 günlük körpənin son vəziyyəti açıqlanıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) AZXEBER.COM-un sorğusuna cavab olaraq bildirilib ki, Sabunçu rayonunda məişət tullantıları qutusunda tapılan yeni doğulan körpənin müalicəsi TƏBİB-in tabeliyindəki Kliniki Tibbi Mərkəzin nəzdində fəaliyyət göstərən Ə.F.Qarayev adına 2 nömrəli Klinik Uşaq Xəstəxanasının Reanimasiya şöbəsində davam etdirilir:

"Körpənin vəziyyəti kafidir, göbəyi düşmək üzrədir, qidalanması normaldır, sarılığı gedib. Təkrar analizlər götürülüb, nəticələri yoxlanılır”.
Xatırladaq ki, yeni doğulan körpə 1 saylı Körpələr Evinin göndərişi əsasında Ə.F.Qarayev adına 2 nömrəli Klinik Uşaq Xəstəxanasına yerləşdirilmiş, ona mərkəzi sinir sisteminin dəqiqləşdirilməmiş zədələnməsi, düşməmiş göbək diaqnozu qoyulmuşdu.
OXŞAR XƏBƏRLƏR