Bakıda aptek müdirinin asılmış meyiti tapıldı

SOSİAL
15:05 07.02.2020
3682
Bakıda aptek müdirinin meyiti iş yerində asılmış vəziyyətdə tapılıb.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonunda qeydə alınıb.

Rayon ərazisində yerləşən apteklərdən birində asılmış kişi meyiti aşkar edilib.

Araşdırmalar zamanı məlum olub ki, meyiti tapılan şəxs həmin aptekin sahibi, 1971-ci il təvəllüdlü Həsənov Sənan Əmrah oğludur.

Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR