Bakıda apteklər şəbəkəsinin müdiri döyüldü

Bakıda apteklər şəbəkəsinin müdiri döyüldü
KRİMİNAL
23:23 27.04.2025
372
Bakıda Aysel Kərimova adlı xanım işçinin aptekdə vəhşicəsinə döyülməsi barədə xəbərlər yayılmışdı.

AZXEBER.COM Musavat.com-a istinadən məlumat verir ki, Aysel Kərimova adlı xanım işçini aptekdə döyən şəxs aptekin müdiri Elnur Cabbarov imiş.

O, paytaxtda fəaliyyət göstərən "Depo Apteklər" şəbəkəsinin müdiridir.

Hadisəyə səbəb isə pişik bənzətməsi olmuşdu.

Belə ki, Aysel adlı xanım aptekin başqa bir işçisi ilə yazışarkən ona pişiklə olan şəklini göstərib. Söhbət zamanı Aysel adlı xanım Elnuru pişiyə bənzədib. Bu yazışmadan Elnur xəbər tutub və Ayseldən üzr videosu çəkməsini istəyib. Aysel bununla razılaşmadığı üçün aptekdə onu döyüb. Bu görüntülər sosial şəbəkələrdə geniş müzakirə mövzusu olmuşdu.

Həmin görüntüləri isə Ayselə aptekdə çalışan xanım iş yoldaşı göndəribmiş. Elnur Cabbarov bundan sonra həmin videonu göndərən xanım işçi ilə mübahisə etməyə başlayıb. Bu məsələyə həmin xanımın həyat yoldaşı qoşulub.

Həmin xanımın həyat yoldaşı Zamin K. aptekin sahibi Elnur Cabbarovla görüşüb və məsələyə aydınlıq gətirmək istəyib. Onlar buna görə bir neçə dəfə görüşüblər. Sonuncu dəfə Elnur Zaminin xanımının şəxsi həyatı ilə bağlı bəzi məsələlərə toxunub və buna görə mübahisə böyüyüb. Zamin maşında Elnuru döyərək ona xəsarətlər yetirib.

Zaminə qarşı Cinayət Məcəlləsinin 127.2.3-cü (qəsdən sağlamlığa az ağır zərər vurma) və xuliqanlıq maddələri ilə ittiham irəli sürülüb.

Məhkəmə istintaqı zamanı Zaminin xuliqanlıqda təqsirli bilinməsi sübuta yetirilməyib. Zamin qəsdən sağlamlığa az ağır zərər vurmaqda ittiham olunaraq cəzalandırılıb.

Onun barəsində 3 il azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. İstintaq dövründə ev dustaqlığında olması nəzərə alınaraq üzərində qəti olaraq 1 il 8 ay azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb. Zamin bu müddət ərzində elektron qolbaqla gəzməli olacaq.
OXŞAR XƏBƏRLƏR