Bakıda arvadını bıçaqlayan şəxsə hökm oxundu

KRİMİNAL
19:37 26.07.2022
748
Bakıda arvadını öldürməyə cəhddə təqsirləndirilən Namiq Rəsulova hökm oxunub və o, 7 il 10 ay 15 gün müddətinə azadlıqdan məhrum edilib.

Bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə elan edilib.

Qeyd edək ki, hadisə bu ilin mayında paytaxtın Xəzər rayonu, Mərdəkan qəsəbəsində qeydə alınıb.

Ailə münaqişəsi zəminində N.Rəsulov həyat yoldaşı Fərqanə Rəsulovaya bıçaq xəsarətləri yetirib. Namiq Rəsulov daha sonra özünə bıçaq xəsarətləri vurub. Hər iki şəxsi xilas etmək mümkün olub.

N.Rəsulova qarşı Cinayət Məcəlləsinin 29.120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.
 
///Report

OXŞAR XƏBƏRLƏR