Bakıda arvadını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanıldı

Bakıda arvadını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanıldı
SOSİAL
09:28 02.11.2023
165
Bakıda həyat yoldaşını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.

DİN-in mətbuat xidmətindən bildirilib ki, noyabrın 2-də saat 07 radələrində Binəqədi rayonu yeni yaşayış massivində evlərin birində 1986-cı il təvəllüdlü Xamoyeva Zülfiyyə Alim qızının kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Cinayət əməlini törətməkdə şübhəli bilinən qadının həyat yoldaşı 1981-ci il təvəllüdlü Qasımov Qədir Tahir oğlu saxlanılıb.
Araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR