Bakıda arvadını və qayınanasını öldürənlə bağlı RƏSMİ AÇIQLAMA

SOSİAL
11:33 17.10.2019
3372
Bakının Binəqədi rayonunda iki nəfərin qətlə yetirilməsi ilə bağlı cinayət işi açılıb.

AZXEBER.COM trend-ə istinadən məlumatına görə, faktla bağlı Bakı şəhəri Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) və 120.2.4-cü (xüsusi amansızlıqla və ümumi təhlükəli üsulla adam öldürmə) maddə ilə cinayət işi başlanıb, istintaq aparılır.

Məlumata görə, hadisəni törədib qaçarkən yol qəzasına düşmüş Vaqif Hüseynov xəstəxanada polis nəzarətinə götürülüb.

Xatırladaq ki, hadisə Bakının Binəqədi rayonu, Aşurbəyov küçəsi 22 ünvanında baş verib.

Həmin ünvanda yaşayan, 1971-ci il təvəllüdlü Vaqif Hüseynov həyat yoldaşı, 40 yaşlı Təranə İsmayılova və qayınanası, 85 yaşlı Luiza İsmayılovanı qətlə yetirib. V.Hüseynov daha sonra hər iki meyitin üzərinə alışdırıcı maddə tökərək yandırıb.

Hadisəni törədən V.Hüseynov ərazidən yayınarkən, "Azadlıq” prospektində onu sərnişin avtobusu vurub.

V.Hüseynov Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

OXŞAR XƏBƏRLƏR