Bakıda Asiya Parlamentinin yaradılması təklif olundu

Bakıda Asiya Parlamentinin yaradılması təklif olundu
12:00 05.04.2013
801

Bakıda keçirilən beynəlxalq tədbirdə Asiya Parlamentinin yaradılması ilə bağlı təklif səsləndirilib.

AZXEBER.COM-un məlumatına görə, Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (İCAPP) Qadınlar Qolunun 1-ci iclasında qurumun yaradıcısı Xose De Venesia öz çıxışında bu təklifi səsləndirib.O qeyd edib ki, Asiya ölkələri artıq özlərindən asılı olmaq, öz ayaqları üzərində dayanmaq istəyirlər.“Bunun üçün də bizim ortaq hüquqi bazamızı tənzimləyəcək vahid parlamentimiz olmalıdır. Həm iqtisadi, həm də siyasi güc qərbdən şərqə doğru gedir. Bu Asiya əsrinin başlanğıcıdır. Asiya ölkələrinin günü gündən inkişafı göz qabağındadır”- deyə, o qeyd edib.İCAPP həmsədrinin təşəbbüsünü iclasda çıxış edən hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr müaviniƏli Əhmədovda dəstəkləyərək artıq yeni dövrün Asiya dövrü olması fikrinə şərik olduğunu bildirib.Asiya Parlamentinin yaradılması fikri iclasda iştirak edən digər İCAPP üzv ölkələri tərəfindən də razılıqla qarşılanıb və tezliklə bununla bağlı lazımı işlərə başlanacağı bildirilib.

OXŞAR XƏBƏRLƏR