Bakıda ata 16 yaşlı qızını bıçaqladı

Bakıda ata 16 yaşlı qızını bıçaqladı
SOSİAL
11:10 14.06.2017
2842
Bakının Xəzər rayonunda ata qızını bıçaqlayıb.

Binə qəsəbəsində yaşayan Əşrəfzadə İsfəndiyar 2001-ci il təvəllüdlü qızı Hökumə ilə mübahisə edib.

Bu zaman o, qızına üç bıçaq zərbəsi vurub. Nəticədə qız xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisəni törədən şəxs Xəzər Rayon Polis İdarəsi əməkdaşları tərəfindən saxlanılıb.

Ə.İsfəndiyar ruhi əsəb xəstəliyindən əziyyət çəkir.
 
///Report
OXŞAR XƏBƏRLƏR