Bakıda ata oğlunu bıçaqlayıb.
Xəzər Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Binə qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1955-ci il təvəllüdlü Rəfayel Əbdülbağı oğlu Mehdiyev yaşadığı evdə ailə-məişət münaqişəsi zəminində oğlu, 1982-ci il təvəllüdlü Raufu bıçaqlayıb. Yaralı xəstəxanaya yerləşdirilib.
Hadisəni törədən ata tutulub.
Faktla bağlı araşdırma aparılır.