Sabunçu rayonunda ata və oğul yaşadıqları mənzildə küt alətlə döyülüblər.
Bakıxanov qəsəbəsi Yavər Əliyev küçəsi 1 ünvanında 1959-cu il təvəllüdlü Rəhimov Əli Hüseyn oğlu və 31 yaşlı oğlu Orxan Rəhimov naməlum şəxslər tərəfindən küt alətlə döyülüblər. Münaqişənin qarşısını qonşular ala biliblər. Ağır yaralanan ata və oğlu xəstəxanaya yerləşdiriliblər.
Hadisəni törədən şəxslər saxlanılıblar.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 13-cü Polis Bölməsində (PB) araşdırma aparılır.
///report