Bakıda ata və oğul elektronika almaq istəyən qadını aldatdılar

Bakıda ata və oğul elektronika almaq istəyən qadını aldatdılar
SOSİAL
19:48 07.01.2023
176

Bakıda elektronika əşyaları almaq istəyən qadın dələduzluqla üzləşib.

Televizor, "PlayStation” aparatları və "iPhone” telefonları almaq istəyən Bakı şəhər sakini P.Əliyeva M.Ellazov və atası E.Ellazova müraciət edib. Ata-oğul qadından istədikləri avadanlıqları gətirəcəkləri müqabilində ümumilikdə 8 782 manat məbləğində pul alıblar.

Ancaq onlar vədlərini yerinə yetirməyiblər. Aldadıldığını görən qadın hüquq-mühafizə orqanlarına üz tutub. Nəticədə ata və oğul istintaqa cəlb olunublar. Onlar barəsində Cinayət Məcəlləsinin 178.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.

Ata və oğul barəsində başqa yerə getməmək haqqında iltizam tədbiri seçilib.

Cinayət işinin məhkəmə istintaqı davam edir.
 
///Lent.az
OXŞAR XƏBƏRLƏR