Bakının tanınmış restoranında silahlı insident - Yaralılar var

Bakının tanınmış restoranında silahlı insident - Yaralılar var
SOSİAL
10:05 04.04.2019
5858
Bakının Binəqədi rayonunda yerləşən "Çeşməli" restoranında yeyib-içən qohumlar arasında mübahisə güllələnmə ilə nəticələnib.

AZXEBER.COM virtualaz-a istinadən xəbər verir ki, nəticədə, iki nəfər xəsarət alıb.

Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov virtualaz.org-a faktı təsdiqləyib.

Onun sözlərinə görə, 37 yaşlı Elçin Nəbiyev əlin deşilmiş-kəsilmiş yarası diaqnozu ilə Klinik Tibbi Mərkəzə çatdırılıb, ikinci zərərçəkmiş - 44 yaşlı Vəli Nəbiyev isə kəllə-beyin travması alıb.

Yaralıların həyatı üçün təhlükə yoxdur.
OXŞAR XƏBƏRLƏR