Bakıda “Avrointeqrasiya - Beynəlxalq Gənclər Forumu” başlayır

GƏNCLİK
13:58 09.12.2013
1373

Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT) 9-13 dekabr tarixlərində “Avrointeqrasiya - Beynəlxalq Gənclər Forumu” adlı layihəni Bakı şəhərində həyata keçirəcək.

AZXEBER.COM xəbər verir ki, forum Gənclər Fondunun dəstəyi ilə baş tutacaq.Forumun açılış günü 10 dekabrda keçiriləcək.Layihənin məqsədi Azərbaycanın avrointeqrasiya prosesində yeri və rolu barədə Avropa gənclərinə çatdırılması, Avropa-Azərbaycan gəncləri arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi, Avropalı gənclərə Azərbaycan həqiqətləri: əsasən Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və enerji siyasəti ilə bağlı müzakirələrin təşkil edilməsidir.Forumun əsas mövzuları “Avropaya İnteqrasiya prosesində şərq tərəfdaşlığı siyasətində Azərbaycanın rolu”, “Avropa təsisatlarında Azərbaycan gənclərinin fəaliyyətinin aktivliyi”, “Azərbaycanın Avroatlantik məkanda inkişaf perspektivləri” ,“Şərq tərəfdaşlığı” və s. olacaq.10 Avropa ölkəsindən 15 nəfər iştirakçı forumda iştiraka vəsiqə qazanıb.Bu ölkələr Fransa, Almanya, İsveçrə, Türkiyə, B.Britaniya, Polşa, İspaniya, Ukrayna, Belçika və Macarıstan ölkərənin gənc fəallarıdır.Tədbirdə dövlət rəsmiləri, səfirliklər və ekspertlər iştirak edəcək.

OXŞAR XƏBƏRLƏR