Bakıda Avropa Film Festivalı keçiriləcək

DÜNYA
14:51 20.09.2012
1627
Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyi, Avropa İttifaqına üzv dövlətlərin səfirlikləri, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi və "Park Cinema" ilə birgə “Avropa Film Festivalı-2012”nin açılışını elan ediblər.Nümayəndəlikdən verilən məlumata görə, festival Bakıda 04-10 oktyabr tarixlərində keçiriləcək, Azərbaycan ictimaiyyətinə müasir Avropa filmləri və onların rejisorları təqdim olunacaq.Avropa Film Festivalının proqramına Avropa İttifaqına daxil olan Azərbaycanda təmsil olunmuş 14 dövlətdən (Avstriya, Belçika, Çex Respublikası, Fransa, Macarıstan, İtaliya, Latviya, Litva, Hollandiya, Polşa, Rumıniya, İsveç və Birləşmiş Krallıq) və Azərbaycandan 15 filmin nümayişi daxildir. Musiqili komediyadan (İsveçdən “Səsin Sədası”), emosional drama (İtaliyadan “Yenə Öp Məni”) və psixoloji trillerdən (Britaniyadan “Kevin haqqında danışmalıyıq”) tutmuş detektiv ssenarili filmədək (Belçikadan “Alsqeymer sindromu”) geniş çeşidli janrlarda filmlər təqdim olunacaq.Festivalın fəxri qonaqları kimi Litva kino rejissoru Algimantas Puipa, Polşa kino rejissoru Rafael Levandovski, alman kino rejissoru Eva Blondiau digərləri ilə yanaşı təqdim olunacaq. Filmlərdən sonra tamaşaçılara qonaqlarla interaktiv müzakirələrdə iştirak etmək şansı veriləcək.Azərbaycan ictimaiyyətinin geniş iştirakını təmin etmək üçün hər film 2 sessiya ilə nümayiş etdiriləcək və bütün filmlərə giriş pulsuz olacaqdır. Biletlər 25 sentyabr tarixindən Neftçilər prospektində yerləşən "Park Bulvar, "Park Cinemada" əldə oluna bilər.Avropa Film Festivalları Aİ-nın Azərbaycandakı Nümayəndəliyi tərəfindən hər il Azərbaycanda təşkil olunur. Məqsəd Avropa İttifaqı ölkələri ilə Azərbaycan arasındakı mədəni əlaqələri qurmaq və onları inkişaf etdirmək, beləliklə, Avropa dəyərləri haqda olan anlayışı daha da artırmaqdır.

OXŞAR XƏBƏRLƏR