Hadisə nəticəsində 1 nəfər dünyasını dəyişib
Bakıda sərnişin avtobusu ağır qəza törədib.
AZXEBER.COM-un DİN-in rəsmi saytına istinadən verdiyi xəbərə görə, martın 13-də saat 07.50 radələrində Binəqədi rayonunun Xocəsən qəsəbəsi ərazisində, Qəbələ rayon sakini Qəhrəman Eyyubov "Ford Tranzit" markalı avtomaşını idarə edərkən, yolun kənarında dayanmış 3 şəxsi vurub. Bunlar Lənkəran sakinləri Elnur Şirəliyev, Pərviz İsmayılzadə və Astara rayon sakini Kamran Ağayevdir. Nəticədə, xəsarət almış hər üç piyada xəstəxanaya yerləşdirilib. E.Şirəliyev orada ölüb, digərlərinin vəziyyətləri isə qənaətbəxşdir.