Bakıda avtobus evakuatorla toqquşdu - "Xəzər" TV-nin redaktoru ağır xəsarət aldı

Bakıda avtobus evakuatorla toqquşdu - "Xəzər" TV-nin redaktoru ağır xəsarət aldı
SOSİAL
10:13 01.11.2018
3352
Bakıda marşrut avrobusu qəzaya düşüb.

AZXEBER.COM Unikal.org-a istinadən xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonu ərazisində, metronun "28 May" stansiyası yaxınlığında, Səməd Vurğun bağının yaxınlığında baş verib.

Axşam saatlarında 32 saylı xətt üzrə hərəkət edən marşrut avtobus eyni istiqamətdə hərəkətdə olan evakuatorla toqquşub. Hadisə nəticəsində avtobusda olan sərninlərdən bir neçəsi xəsarət alıb.Yaralılar paytaxtda yerləşən xəstəxanalardan birinə aparılıb.

Xəsarət alanlar arasında Xəzər televiziyasının redaktoru Zakirə Zakirqızı da var. O, kelle-beyin travmasi alib, dişləri tökülüb.

Faktla bağlı araşdırma aparılır. 
 

 


OXŞAR XƏBƏRLƏR