Bakıda avtobus qəza törədib: Xarici vətəndaş xəsarət alıb

Bakıda avtobus qəza törədib: Xarici vətəndaş xəsarət alıb
SOSİAL
16:03 13.04.2017
654

 

Bakıda baş verən yol qəzasında Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) vətəndaşı xəsarət alıb.

Hadisə Səbail rayonu, Salyan yolu küçəsi 12 ünvanının qarşısında qeydə alınıb.

Belə ki, Bakı şəhər sakini, 1981-ci il təvəllüdlü Kamran Əliyevin idarə etdiyi "Daewoo” markalı avtobus piyada keçidində dayanmış 38 yaşlı Sadıq İsrafilovun idarə etdiyi "Subaru” markalı avtomobilin arxa hissəsindən vurub.

Qəza nəticəsində S.İsrafilovun sərnişini BƏƏ vətəndaşı, 1994-cü il təvəllüdlü Al Sehhi Ahmad Raşid Hamdan kəllə-beyin travması alıb. O, Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib.


///Report
OXŞAR XƏBƏRLƏR