Bakıda avtobus qəzası baş verdi - ölən var

Bakıda avtobus qəzası baş verdi - ölən var
SOSİAL
10:33 24.04.2020
1839
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Binəqədi rayonu, Binəqədi qəsəbəsində qeydə alınıb.

Bakı şəhər sakini, 1964-cü il təvəllüdlü A. Məmmədovun idarə etdiyi "Daewoo" markalı avtobusla 1966-cı il təvəllüdlü N. Həsənovun idarə etdiyi "Mercedes” markalı avtomobil toqquşub.

Nəticədə minik avtomobilinin sürücüsü hadisə yerində ölüb.

Faktla bağlı Binəqədi rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol-istismar qaydalarını pozma, zərərçəkənin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb
 
///APA
OXŞAR XƏBƏRLƏR