Bakıda avtobus qəzası — Piyada yerində keçindi

Bakıda avtobus qəzası — Piyada yerində keçindi
SOSİAL
09:06 28.11.2017
981
Bakının Binəqədi rayonu ərazisində piyadanın ölümü ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib.
 
AZXEBER.COM  APA-ya istinadən xəbər verir ki, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospektində qeydə alınmış avtoqəza zamanı 165 saylı xətt marşrutu üzrə hərəkət edən, Balagözov Vaqif Həmzə oğlunun idarə etdiyi "Daewoo" markalı sərnişin avtobusu 45-50 yaşlarında bir qadını vurub.
 
Nəticədə ağır xəsarətlər piyada hadisə yerində dünyasını dəyişib. Əraziyə YPX müfəttişləri və Binəqədi RPİ-nin əməkdaşları cəlb olunub. Ərazidə müayinələr aparılıb. Avtobusun sürücüsü ifadəsinin alınması üçün polis idarəsinə aparılıb.
 
Hadisə şahidlərinin sözlərinə görə, avtobusun vurduğu qadın ruhi-əsəb xəstəsi olub və tez-tez avtomobillərin hərəkət zolağında gəzərək sürücülər üçün təhlükəli vəziyyətlər yaradırmış. Növbəti belə vəziyyətlərin birində isə o, avtobusun qarşısına çıxıb. Qeyd edək ki, avtobus həmin vaxt qaraja yollanırmış.
OXŞAR XƏBƏRLƏR