Noyabrın 3-də saat 21 radələrində Yasamal rayonu ərazisində Şamaxı rayon sakini A.Abbasov idarə etdiyi "Otocar” markalı sərnişin avtobusu ilə yolu keçən həmyerlisi Piri Məmişovu vurub.
Bu barədə AZXEBER.COM-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat daxil olub.
Hadisə zamanı piyada yerindəcə ölüb.
Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.