Bakıda avtobusdakı insidentin TƏFƏRRÜATI: Ailədaxili münaqişə zəminində baş verib

Bakıda avtobusdakı insidentin TƏFƏRRÜATI: Ailədaxili münaqişə zəminində baş verib
SOSİAL
13:27 21.05.2025
570
172 nömrəli marşrut avtobusunda baş verən insidentin təfərrüatı məlum olub.

Bu barədə Oxu.Az-a "BakuBus" MMC-nin mətbuat katibi Əsmər Əliyeva məlumat verib.

Əsmər Əliyeva qeyd edib ki, sözügedən hadisə ailədaxili münaqişə zəminində baş verib.

"Ötən gün , saat 17:30-da "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzində "BakuBus" MMC-nin istismarında olan, 172 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən, 99-JU-869 dövlət qeydiyyat nişanlı avtobusda sərnişinlər arasında insident baş verib.

Hadisənin ailədaxili münaqişə zəminində baş verdiyi müəyyən edilib. Nəqliyyat vasitəsini idarə edən sürücü - Pərviz Zeynalov, hadisəyə operativ reaksiya göstərərək sərnişinlərin təhlükəsizliyini təmin etməyə çalışıb və ərazidə xidmət aparan polis əməkdaşlarına məlumat verib. Polis əməkdaşları qısa müddət ərzində insidentə müdaxilə edib, insidentə səbəb olan şəxslər nəzarət altına alınaraq avtobusdan uzaqlaşdırılıblar", - məlumatda deyilir.
OXŞAR XƏBƏRLƏR