Hazırda Azərbaycada yerli şirkətlərə məxsus 14 minə yaxın "TIR” adlanan nəqliyyat vasitələri fəaliyyət göstərir.
Bunu "İctimai proseslər media müstəvisində” mövzusunda tədbirdə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) kommunikasiya departamentinin direkroru Vəli Məmmədov deyib.
O bildirib ki, bu 2022-ci illə müqayisədə 10 min ədəd artım deməkdir:
"Bu, həm də yeni iş yerləri deməkdir. Sərnişin daşıma sahəsində Bakıda 2200-dən çox avtobus fəaliyyət gösətrir. Bu da gündə bir milyondan çox sərnişin daşınma deməkdir.”
"Ümumi yanaşma budur ki, 2030-cu ilə qədər Bakı 30 ən yaxşı şəhər sırasına qoşulsun. Bunun üçün də nəqliyyat sistemi gözəlləşdirilməlidir. Yaxın gələcəkdə avtobusların sayını bir az da artırmağı düşünürük”, - deyə, o, əlavə edib