Bakıda avtobusun şüşələri sındırıldı - Sürücü döyüldü - ANBAAN VİDEO

SOSİAL
17:53 15.08.2019
14542
Bakıda marşrut avtobusuna hücum olub.

APA-nın məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonu, 28 May qəsəbəsində qeydə alınıb. 114 saylı marşrut avtobusuna hücum edən iki naməlum şəxs şüşələri sındırıb, sürücü, 1984-cü il təvəllüdlü Fuad Aslanovu döyüblər.

Faktla bağlı Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsi tərəfindən araşdırma aparılır.
 

OXŞAR XƏBƏRLƏR