Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, hadisə Suraxanı rayonunda qeydə alınıb.
Hövsan qəsəbəsində 2004-cü il təvəllüdlü Məmmədzadə Ləman Azər qızı yolu keçərkən avtomobil onu vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol qolun sınığı diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.