Bakıda avtomobil 19 yaşlı qızı vurub

Bakıda avtomobil 19 yaşlı qızı vurub
SOSİAL
10:07 28.03.2025
185
Bakının Xətai rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, 2006-cı il təvəllüdlü Qələndərova Nəzrin Yalçın qızı yolu keçərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona müştərək travma diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.
OXŞAR XƏBƏRLƏR