Bakıda avtomobil 21 yaşlı gənci vurdu

Bakıda avtomobil 21 yaşlı gənci vurdu
SOSİAL
11:24 29.02.2020
2656
Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report”un məlumatına görə, hadisə paytaxtın Suraxanı rayonunda qeydə alınıb.

Günəşli qəsəbəsində 1999-cu il təvəllüdlü Agayev Turqut Azər oğlu yolu keçmək istəyərkən onu "Kia” markalı avtomobil vurub. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. T.Ağayevə çanaq sümüklərinin sınığı diaqnozu qoyulub.

OXŞAR XƏBƏRLƏR