Bakıda avtomobil 25 yaşlı gənc qızı vuraraq öldürdü

HADİSƏ
09:42 13.06.2021
327
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Yasamal rayonunda qeydə alınıb. Avtomobil maşın bazarının yaxınlığında yolu keçən 1996-cı il təvəllüdlü Qurbanova Xəyalə Yasin qızını vuraraq, ağır xəsarət yetirib. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Həkimlərin səyinə baxmayaraq, X.Qurbanovanın həyatını xilas etmək mümkün olmayıb.

Hadisənin təfərrüatı araşdırılır.

OXŞAR XƏBƏRLƏR