Bakıda avtomobil 51 yaşlı qadını vurub

Bakıda avtomobil 51 yaşlı qadını vurub
SOSİAL
10:15 07.09.2021
210
Bakıda xəsarətlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

"Report”un məlumatına görə, hadisə Yasamal rayonunda qeydə alınıb.

Belə ki, 1970-ci il təvəllüdlü Sadıqova Nailə Abbas qızı yolu keçərkən avtomobil onu vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı N. Sadıqovaya açıq kəllə-beyin travması diaqnozu qoyulub.

Yaralının vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR