Bakıda avtomobil 64 yaşlı kişini vuraraq öldürdü

SOSİAL
09:36 13.01.2025
115
Bakıda avtomobil piyadanı vuraraq öldürüb.

AZXEBER.COM report-a istinadən xəbər verir ki, hadisə Yasamal rayonu Ş. Mehdiyev küçəsində qeydə alınıb.

Məzahir Kərimov idarə etdiyi "Hyundai Grandeur" markalı avtomobillə hərəkətdə olarkən piyada 1961-ci il təvəllüdlü Şaiq Mansurovu vurub.

Nəticədə piyada aldığı xəsarətdən ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

OXŞAR XƏBƏRLƏR