Bakıda avtomobil 76 yaşlı qadını vurdu

Bakıda avtomobil 76 yaşlı qadını vurdu
SOSİAL
23:34 16.07.2020
821
Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Maştağa qəsəbəsində yolu keçən 1944-cü il təvəllüdlü Qazıyeva Olqa Fiyodrovnanı avtomobil vurub. Nəticədə o, ağır bədən xəsarətləri alıb. O.Qazıyeva təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR