Bakıda minik avtomobili aşıb.
Suraxanı Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Zığ-Hövsan yolunda qeydə alınıb. 47 yaşlı Azər Dadaşlı idarə etdiyi "Land Cruiser" markalı avtomobili aşırıb. Nəticədə sürücü və avtomobildə olan ailə üzvləri - Tahirə Dadaşlı və 12 yaşlı Ağa Dadaşlı xəsarətlə xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.