Bakıda avtomobil dayanacağı qanunsuz şəkildə BAĞLANIR - VİDEO

Bakıda avtomobil dayanacağı qanunsuz şəkildə BAĞLANIR - VİDEO
SOSİAL
01:15 26.02.2026
132
Bakının Nəsimi rayonu ərazisində dayanacağın qanunsuz şəkildə bağlandığı iddia olunur.

AZXEBER.COM xəbər verir ki, sakinlər avtomobilini park edə və ya saxladığı yerdən çıxara bilmirlər.

Ərazinin zəncirlə bağlanması təkcə nəqliyyat vasitələrinin yox, piyadaların hərəkətinə də mane olur.

Çəkiliş zamanı ərazi üzrə Mənzil istismar sahəsinin əməkdaşları gələrək zəncirləri açdılar. Məlum oldu ki, bu hal ilk dəfə yaşanmır.

Ərazidə yerləşən restorandan bildirildi ki, zəncirləmə işini onlar həyata keçirməyib.
İddiaya görə, ərazidəki tikinti şirkəti binanın qarşısını qanunsuz zəbt edib. Şirkətin işçilərindən də məsələyə münasibət öyrənməyə çalışdıq, amma mümkün olmadı.

/Xəzər TV

OXŞAR XƏBƏRLƏR